Sosilal Media veb səhifəsinin təqdimatı
Rəqəmsal İnkişaf İB-yi Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə 14 Noyabr 2011-ci ildə Azərbaycan Media Mərkəzində www.sosialmedia.net veb səhifəsinin təqdimatını keçirtdi.
Təqdimatda Rəqəmsal İnkişaf IB-nin rəhbəri Könül xanım Agayeva Sosial Media barəsində və həyatımızda neçə rol oynadığı haqda danışdı. O, bildirdi ki, İnternet həyatımızın və hətta ailəmizin bir üzvünə çevrilib. Əsas informasiya mənbəyimiz internetdir. Hətta daha kitabxanalara da getmirik, internetden istediyimiz informasiyanı axtarıb tapa bilirik. Maraqli burasıdır ki, fiziki həyatda olduğundan virtual həyatda olan dostlarımız daha çoxdur. Demək ki, həyat fiziki aləmdən virtual aləmə keçir. Məhs buna görə də Rəqəmsal İnkişaf İB-yi vətəndaşlar üçün internet üzərindən xidmət göstərəcək imkanlar yaratmaqdadır. İnternetdə çoxlu xidmətlər var. Xəbər oxuya bilirik, yazı dərc edə bilirik, paylaşa bilirik, musiqi dinləyirik, filmə baxırıq və s. Amma bu daha çox əyləncə xarakteri daşıyır. Biz isə iddia edirik ki, İnternet əyləncə olmaqla bərabər həm də cəmiyyətin ciddi problemlərini kökündə həll etmək imkanındaır. Bunun üçün də biz internetdə olan xidmətlərin praduktivliyini və funksionallığını artıran veb alətlərlə isitifadəçiləri tanış etmək qərarına gəldik.
Siz bu alətlərdən istifadə edərək cəmiyyətdə və həyatınızda sosial dəyişikliklər yarada bilərsiniz.
Sosial Media www.sosialmedia.net veb səhifəsinə sizlər üçün marağınızda olan bir çox məlumatlar yerləşdirilib.
Misal üçün onlardan bir neçəsi
İstifadə edə biləcəyiniz 11 açıq mənbə
Müvəffəqiyyətli elektron kitab nəşr etmək üçün bələdçi
Dünyanızı dəyişmək üçün sizə kömək edəcək 9 Web platforma
Jurnalistlər üçün sosial mediadan istifadənin yolları
9 onlayn ərizə alətləri ilə dəyişikliyə necə nail olaq?
Bloqunuzu təhlil etmək üçün 9 statistika növləri
Sosial Media Vasitəsilə Vəsait toplamağın 24 yolu
QHT-lər üçün 10 uğurlu məsləhət
Jurnalistlər üçün Twitter-dən 6 məsləhət
Bundan savayı Könül xanım həmdə qeyd etdi ki, Rəqəmsal İnkişaf İB-yi Azərbaycanda “Wordpress” bloq servisinin 3-cü versiyasını Azərbaycan dilinə tərcüməsini həyata keçiriblər. Hazırda servisin üzərində bəzi işlər görüldüyündən tam istifadəyə verilməyib. Yaxın günlərdə tam istifadəyə veriləcək.
Sosialmedia veb səhifəsi artıq istifadəyə tam hazırdır.
Rəqəmsal İnkişaf İB-yi Avrasiya Əməkdaşlıq fondunun maliyyə dəstəyi ilə “Sosial Media” adlı veb səhifə hazırlanması layihəsini başa çatdırdı. Layihədə Sosial Media ilə bağlı veb səhifənin yaradılması, yeni media alətlərinin istifadəsi haqqında məlumatlar, bir çox terminlər və sosail şəbəkələr haqqında məlumatların tərcüməsi, eləcə də WordPressin Azərbaycan dilinə tam tərcüməsi təşkil olundu.
Sosial Media veb səhifəsi
Hazırda Rəqəmsal İnkişaf İB-yi Avrasiya Əməkdaşlıq Fondunun maliyyə yardimi ilə Sosial Media Veb səhifəsi layihəsi üzərində fəaliyyət göstərir. Layihədə Sosial Media ilə bağlı veb səhifənin yaradılması, yeni media alətlərinin istifadə mexanizmi, vikipediayada bir çox terminlərin və bir çox sosail şəbəkələr haqqında məlumatların yerləşdirilməsi və tərcüməsi, eləcə də WordPressin və bir çox wordpress qoşmalarının Azərbaycan dilinə tam tərcüməsi təşkil olunacaq.
Qadinlarla dini söhbətlər
Rəqəmsal İnkişaf İB-yi URGENT ACTION FUND tərəfindən maliyyə yardımı ilə dəstəklənən “İslamda Qadın” mövzusunda xanımlar üçün dini söhbətlər təşkil etdi. Görüşdə bizlərlə Ankara Universiteti Bakalavr ve Magistatura, hazırda həm Türkiyə Diyanet Vakfi liseyi və Shəbnəm Qiz dini məktəbinin müəlliməsi Rəna xanım Qədirova öz dəyərli məsləhətlərini və biliklərini xanımlarla paylaşdı. Müzakirələr mart ayının son şənbə və bazar günü, aprel ayının isə hər şənbə və bazaar günləri saat 14:00-dan 16:00-a kimi təşkil olundu. İlk müzakirə mart ayının 26-da uğurla həyata keçmişdir.
Xanımlar üçün “İslamda qadın hüquqları” adlı dini müzakirələr keçirildi.
Rəqəmsal İnkişaf İB-yi URGENT ACTION Fondunun maliyyə yardımı ilə “İslamda Qadın” mövzusunda xanımlar üçün dini söhbətlər təşkil etdi. Görüshdə bizimlə Ankara Universiteti Bakalavr və Magistatura, hazırda həm Türkiyə Diyanət Vakfı liseyi və Şəbnəm Qız dini məktəbinin müəlliməsi Rəna xanım Qədirova öz dəyərli məsləhətlərini bə biliklərini xanımlarla paylaşdı. Müzakirələr Aprel ayının hər şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi təşkil olundu.














